Husilәr Yәmәn ordusuna mәxsus hәrbi bazaya zәrbәlәr endirib

Bu barәdә Husilәrә mәxsus Әl-Mesire telekanalı mәlumat yayıb.

1255534
Husilәr Yәmәn ordusuna mәxsus hәrbi bazaya zәrbәlәr endirib

 

İran tәrәfindәn dәstәklәnәn Husilәr Yәmәn ordusuna mәxsus bir hәrbi bazaya ağır zәrbәlәr endirib. Bu barәdә Husilәrә mәxsus Әl-Mesire telekanalı mәlumat yayıb. Mәlumata әsasәn, Yәmәn ordusunun  Sәudiyyә Әrәbistanı- Yәmәn sәrhәdindә yerlәşәn Necran bölgәsi yaxınlığındakı hәrbi bazasına ‘‘katyuşa’’ tipli raketlә hücum edilib.

Hücum nәticәsindә hәdәflәrin vurulduğu, hәlak olnaların olduğu vә silah-sursatın mәhv edildiyi bildirilib. Yayılan xәbәrdә hücum nәticәsindә neçә nәfәrin öldüyü vә ya yaralandığı ilә bağlı әtraflı mәlumat verilmәyib.

Yәmәn ordusu  vә Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri hadisә ilә bağlı mәlumat vermәyib.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә Sәudiyyә Әrәbistanı ilә Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn dәstәklәnәn hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr