ABŞ Cənubi Koreyaya milyonlarla dollarlıq silah satışını təsdiqlədi

ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Təhlükəsiz Əməkdaşlıq Agentliyindən verilən məlumatda yazılır...

1249743
ABŞ Cənubi Koreyaya milyonlarla dollarlıq silah satışını təsdiqlədi

  Amerika Birləşmiş Ştatları Dövlət Katibliyi Cənubi Koreyaya 800 milyon dollarlıq silah satışını təsdiqlədi.

  ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Təhlükəsiz Əməkdaşlıq Agentliyindən verilən məlumatda yazılır:

  “12 “MH-60R” çoxməqsədli donanma vertolyotu və silah dəsti satınalma tələbi Dövlət Departamenti tərəfindən qəbul edilib və Konqresin təsdiqinə təqdim olunub. Bununla yanaşı, Cənubi Koreyanın 13 hərbi radar, 25 “T-700-GE” vertolyot mühərriki, 1000 dənizaltı arama məqsədli sonar sistemi, çox sayda fərqli rabitə dəsti, darama sistemləri və ehtiyat hissə alışı tələbi də razılıqla qarşılanıb.

  Cənubi Koreya Asiyadakı ən mühüm müttəfiqlərimizdən biridir. Sözügedən hərbi satış ABŞ-ın xarici milli təhlükəsizlik və siyasi mənfəətləri daxilində təsdiqlənib. Bu satış Koreyanın quru və dənizaltı hərbi vəzifələri reallaşdırma qabiliyyətini artıracaq.

  ABŞ həm də bununla Şərqi Asiya və Qərbi Sakit Okeanda siyasi və iqtisadi ən böyük güclərdən biri olan Cənubi Koreya respublikasının bölgədəki sabitlik və barışına qatqı təmin edir. Bu ölkənin güclü və hazır müdafiəetmə sisteminə sahib olmasına yardım ABŞ-ın da milli mənfəətləri üçün həyati əhəmiyyətə malikdir."  



Әlaqәli Xәbәrlәr