İsrail әsgәrlәri müxtәlif iddialar irәli sürәrәk yeddi fәlәstinlini dә hәbs etdi
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә yeddi fələstinlini həbs edib.
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
Məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә yeddi fәlәstinlini saxlanılıb.
Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.
İşğal altındakı Şәrqi Qüds vә İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.
Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək fәlәstinli mәhbus var.
Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn etibarәn işğal altındakı Qəzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.
İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.
İsrail əsgərlərinin martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә çox sayda fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.