İsrail әsgәrlәri müxtәlif iddialar irәli sürәrәk 6 fәlәstinlini dә hәbs etdi

Bu barәdә İsrail ordusundan  verilәn mәlumatda bildirilib.

1244273
İsrail әsgәrlәri müxtәlif iddialar irәli sürәrәk 6 fәlәstinlini dә hәbs etdi


 

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 6  fələstinlini həbs edib.

Bu barәdә İsrail ordusundan  verilәn mәlumatda bildirilib.

Məlumata görə,   İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 6  fәlәstinlini saxlanılıb.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.

Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn  etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә  çox sayda  fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.

Digәr tәrәfdәn İsrail әsgәrlәri  Qәzza zolağında iki fәlәstinlini dә  saxlayıb.

İsrail әsgәrlәri fәlәstinlilәrin Qәzza zolağına qeyri-qanuni yollarla keçdiyini iddia ediblәr. İsrail ordusundan verilәn açıqlamada saxlanılan fәlәstinlilәrin gecә radәlәrindә  Qәzza zolağının Zikim yaşayış mәntәqәsinә qeyri-qanuni yollarla keçdiyi irәli sürülüb.

Açıqlamada  bildirilib ki, saxlanılan fәlәstinlilәrin silahları olmayıb. Onlar dindirilmәk üçün nazarәt mәntәqәsinә aparılıblar.



Әlaqәli Xәbәrlәr