Burkina-Fasoda terrorçular 15 nәfәri qәtlә yetirib

Burkina-Fasonun şimalındakı Pissila bölgәsindәki bir kәnddә törәdilәn  silahlı hücum nәticәsindә  azı 15 nәfәr hәlak olub.

1243676
Burkina-Fasoda terrorçular 15 nәfәri qәtlә yetirib

 

Burkina-Fasonun şimalındakı Pissila bölgәsindәki bir kәnddә törәdilәn  silahlı hücum nәticәsindә  azı 15 nәfәr hәlak olub.

Yerli media orqanlarının yaydığı mәlumatda 20 nәfәrdәn ibarәt olduğu tәxmin edilәn bir silahlı qrupun Diblou kәndinә hücum etdiyi bildirilib.

Kәnddәki mağazaların vә avtomobillәrin yandırıldığı hücum nәticәsindә azı 15 nәfәrin hәlak olduğu qeyd olunur. Hücumdan sonra çox sayda kәnd sakininin evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı vurğulanıb.

Burkina-Fasoda terror tәşkilatları tәrәfindәn hәyata keçirilәn hücumlar  nәticәsindә son dörd il әrzindә azı 500 nәfәr hәlak olub.

Artan terror hücumları sәbәbindәn Burkina-Fasonun şimalında, Sahel bölgәsi, ölkәnin mәrkәzi bölgәlәri vә qәrbindә  2019-cu ilin 1 yanvar tarixindә fövqәladә vәziyyәt rejimi elan edilmişdi.

Qeyd edәk ki, hazırda ölkәnin 7 bölgәsindә fövqәladә vәziyyәt rejimi elan olunub.



Әlaqәli Xәbәrlәr