Rusiya Avropanı tənqid etdi, İrana dəstək verdi

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentiev Avropa ölkələrinin nüvə müqaviləsindəki öhdəliklərini yerinə yetirmədikləri halda İrandan müqaviləni birərəfli  şəkildə davam etdirməsini gözləməyin mümkün olmadığını söylədi.

1233223
Rusiya Avropanı tənqid etdi, İrana dəstək verdi

 Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentiev paytaxt Tehranda İran Milli Təhlükəsizlik  üzrə  Ali Şurasının baş katibi Əli Şəmxani ilə görüşdü.

Bu barədə xəbəri İranın IRNA rəsmi informasiya agentliyi yaydı.

 Qərbi Qüdsdə 25 iyun tarixində keçirilən Amerika Birləşmiş Ştatları -Rusiya-İsrail üçtərəfli təhlükəsizlik zirvə toplantısı ilə bağlı İran tərəfini məlumatlandırmaq üçün Tehrana səfər etdiyi bildirilən Lavrentiev toplantıda İranı strateji və dost ölkə kimi gördüklərini ABŞ və İsrail rəsmilərinə açıq şəkildə bildirdiklərini qeyd edib.

 ABŞ-ın İrana qarşı "maksimum təzyiq" siyasətinə qarşı çıxdıqlarını söyləyən Lavrentiev: "İranın rolu və maraqları nəzərə alınmadan bölgədə tam sülhün bərqərar olması mümkün olmaz" ifadələrini işlədib.

 Lavrentiev ABŞ-ın birtərəfli şəkildə ləğv etməsindən sonra  aqibəti qeyri-müəyyən olan nüvə müqavilə məsələsi ilə bağlı bunları söyləyib: "Digər ölkələr öhdəliklərini yerinə yetirmədikləri halda Tehrandan  nüvə müqaviləsini təktərəfli  olaraq tətbiq etməsini gözləmək mümkün deyil ".

 İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Əli Şəmxani  ABŞ-ın Orta Şərqdə daha çox silah satmaq üçün bölgədəki qeyri-sabitliyi artırmağa çalışdığını ifadə edərək: "İran regiondakı qeyri-sabitliyin qarşısını almaq üçün siyasi və müdafiə tədbirlərini görməyə, maraqlarını və təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək" deyə bildirib.

 İran və Rusiya arasındakı münasibətləri strateji cəhətdən qiymətləndirən Şəmxani Rusiyanın nüvə müqaviləsi, İran hava məkanını pozan ABŞ-a aid pilotsuz uçan aparatın vurulması, İranın Suriyadakı mövcudluğu və İngiltərənin İran neftini daşıyan neft tankerinə qarşı dəniz piratlığı kimi məsələlərdəki mövqeyini təqdir etdiyini sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr