Boko Haram terror təşkilatının hücumunda 10 əsgər öldü

Qərbi Afriqa ölkələrindən Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatı tərəfindən təşkil edilən hücum nəticəsində 10 əsgər həyatını itirib.

1231799
Boko Haram terror təşkilatının hücumunda 10 əsgər öldü

Milli mətbuatın xəbərinə görə, ölkənin şimal-şərqində yerləşən Borno əyalətinin yaxınındakı Damboa ərazisində terror qruplaşması Boko Haram hərbi məntəqəyə silahlı hücum təşkil edib. 10 əsgərin öldüyü hücum nəticəsndə 14 nəfər yaralanıb.

Qeyd edək ki, 2000-ci ildən bəri Nigeriyada qanlı hadisələr törətməkdə davam edən Boko Haram terror təşkilatının 2009-cu ildən bəri törətdiyi şiddət hadisələrində 20 minə qədər adam həyatını itirib. 2015-ci ildən sonra isə ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigeri hədəf götürən qanlı hadisələr törədir. Eləki Çad Gölü hövzəsində həyata keçirdiyi hücumlarda 2 mindən çox adamın öldüyü qeydə alınıb.



Әlaqәli Xәbәrlәr