Avropa Parlamentinin sədri vəzifəsi uğrunda 4 namizəd mübarizə aparacaq

Avropa İttifaqına üzv olan ölkələrdə may ayında keçirilən seçkilərdən sonra yeni dönəm fəaliyyətinə  başlayan Avropa Parlamenti bu gün keçiriləcək AP sədrliyi seçkilərində namizədlərin müəyyən olunduğunu açıqladı.

1229202

 Seçkilərdə Sosial Demokratların (S&d) namizədi, italyan David Mariya Sassoli, Avropa Yaşıllar Partiyasının (EFA) namizədi, Alman Ska Keller, Avropa Birləşmiş Solu-İskandinav Yaşıl Solununn (GUE/NGL) namizədi, ispan Sira Rego və Avropa Mühafizəkarları və İslahatçılarının (ECR) namizədi, çexyalı Yan Zahradil sədr vəzifəsi uğrunda mübarizə aparacaqlar.

  Qeyd edək ki, Avropa Parlamenti  28 üzv ölkənin  751 nümayəndəsindən ibarətdir.

 Avropa İttifaqı qurumları içində birbaşa xalq tərəfindən seçilən yeganə orqan olan Avropa Parlamentinin sədri parlamentin rəsmi nümayəndəsi kimi bütün işləri idarə edir.

 AP-nin üzvləri 5 il müddətinə seçilirlər, AP sədri hər 2,5 ildə dəyişir. Sədr parlament üzvlərinin səs çoxluğu ilə müəyyən olunur.

 Hazırda sədr vəzifəsini italyan Antonio Tajani icra edir.

Әlaqәli Xәbәrlәr