Fransa tarixində rekord dərəcədə isti qeydə alındı

Avropada anomal istilərin iyul ayının əvvəllərinədək davam edə biləcəyi qeyd olunur.

1227047
Fransa tarixində rekord dərəcədə isti qeydə alındı

Bu gün Fransa tarixində ilk dəfə 45 dərəcə isti qeydə alındı.

Bu barədə Fransa Meteoroloji Xidməti məlumat yayıb. 

Hadisə Fransanın Karpantra şəhərində yaşanıb. 

Qeyd edək ki, Avropanın qərb hissəsində davam edən kəskin isti havaların daha çox özünü göstərdiyi İspaniya və Fransada hökumətlər ən yüksək hava təhlükəsi səviyyəsini elan ediblər.

Əhalini diqqətli olmağa çağıran ölkənin baş naziri Eduard Filip məktəblərdə yay tətilinin başlanması ərəfəsində su hovuzlarında çimərkən ölənlərin sayının artdığını qeyd edib. Hökumət başçısı həmçinin bərk istilər üzündən 4 minədək məktəbin fəaliyyətini dayandıracağını açıqlayıb.

İspaniyada da kəskin istilər səbəbindən iki nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən biri Tarraqona əyalətində meşə yanğınının söndürülməsinə cəlb edilən yanğınsöndürəndir.

Avropada anomal istilərin iyul ayının əvvəllərinədək davam edə biləcəyi qeyd olunur.



Әlaqәli Xәbәrlәr