Səudiyyə Ərəbistanı husilərə məxsus PUA-nı düşürdü

Səudiyyə Ərəbistanı Husilər tərəfindən göndərilən pilotsuz uçuş aparatının (PUA) Asir bölgəsində Hamis Muşayt şəhərində düşürüldüyünü açıqladı.

1225108
Səudiyyə Ərəbistanı husilərə məxsus PUA-nı düşürdü

Səudiyyə Ərəbistanı husilər tərəfindən göndərilən pilotsuz uçuş aparatının (PUA) Asir bölgəsində Hamis Muşayt şəhərində düşürüldüyünü açıqladı.

Səudiyyə Ərəbistanı xəbər agentliyi “SPA”-nın məlumatına görə,  PUA ölkənin cənub-qərbində yerləşən Asir bölgəsindəki Hamis Muşayt şəhərində səhrada düşürülüb.

Husilər son vaxtlarda PUA-lara hücumları ilə Səudiyyə Ərəbistanı üçün ciddi təhdid olmağa başlayıb. Keçən həftə husilər tərəfindən yayılan bəyanatda Cizan hava limanının Yəməndən göndərilən PUA-lar tərəfindən vurulduğu bildirilmişdi.

Qeyd edək ki, husilər 2014-cü ildən etibarən Yəmənin paytaxtı Sana ilə bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından etibarən husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.



Әlaqәli Xәbәrlәr