Çindә baş vermiş zәlzәlә nәticәsindә hәlak olanların sayı artıb
Çindә baş verәn zәlzәlә nәticәsindә hәlak olanların sayı 12 nәfәrә çatıb.
![Çindә baş vermiş zәlzәlә nәticәsindә hәlak olanların sayı artıb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/55d1/3ef1/aeda/5cbec6476f9c2.jpg?time=1718742898)
Çindә baş verәn zәlzәlә nәticәsindә hәlak olanların sayı 12 nәfәrә çatıb.
‘‘Şinxua’’ agentliyinin yaydığı mәlumatda qeyd olunub ki, tәbii fәlakәtin baş verdiyi bölgәyә humanitar yardım göndәrilib. Mәlumatda ölkәnin cәnub-qәrbindә yerlәşәn Siçuan әyalәtindә baş vermiş zәlzәlә nәticәsindә hәlak olanların sayı 12, xәsarәt alanların sayı isә 125 nәfәrә çatdığı bildirilib.
Xatırladaq ki, dünәn Çinin Siçuan әyalәtindә 6 bal gücündә zәlzәlә qeydә alınmışdı.
Amerika Birlәşmiş Ştatlarının Geoloji Xidmәti isә zәlzәlәnin 5,9 bal gücündә olduğunu açıqlamışdı.
Bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilir.
Әlaqәli Xәbәrlәr
![Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir](http://cdn.trt.net.tr/images/medium/rectangle/f927/6685/c0fc/667169b65a2a6.jpg?time=1718742899)
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...