9 müsəlman nazir və nazir müavini hökumətə reaksiya olaraq istefa verdi

Sri-Lankada 9 müsəlman nazir və nazir müavini 250-dən çox adamın ölümünə səbəb olan terror hücumlarından sonra hökumətə reaksiya olaraq istefa verdi.

1213287
9 müsəlman nazir və nazir müavini hökumətə reaksiya olaraq istefa verdi

 

  Ölkə mətbuatında yer alan xəbərlərə görə, 9 müsəlman nazir və nazir müavini Sri Lankada Pasxa günü törədilən və 250-dən çox adamın ölümünə səbəb olan terror hücumlarından sonra hökumətin müsəlmanların təhlükəsizliyini təminetmədə uğursuz olduğu səbəbiylə istefalarını verdi.

  Sri-Lankadakı terror hücumlarını DAEŞ öz üzərinə alıb.

  İstefa edən nazirlərdən Şəhər Planlaşdırma naziri Rauf Hakim mətbuata verdiyi açıqlamada bildirib:

  “Hökumət günahsız vətəndaşların nifrət cinayətlərindən qorunması, ölkədə qanun və nizamın təmin edilməsi üçün qərarlı hərəkət etməlidir. Mən Şri-Lanka xalqının etibarının qorunması adına istefa verdim. Ölkədə yenidən uyğunlaşma və barışın hakim olmasını istəyirik. Bununla belə biz parlament üzvü olaraq hökuməti dəstəkləməyə davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr