Hәmas hәrәkatının sәdri Qәtәrә tәşәkkür etdi

Fələstinnin İslami  Müqavimət Hərəkatı Həmas  Qətərin İsrail tәrәfindәn  Qəzzaya tәtbiq olunan  blokadanın götürülmәsi üçün ciddi  sәylәr göstәrdiyini bildirib.

1199496
Hәmas hәrәkatının sәdri Qәtәrә tәşәkkür etdi

 

 

Fələstinnin İslami  Müqavimət Hərəkatı Həmas  Qətərin İsrail tәrәfindәn  Qəzzaya tәtbiq olunan  blokadanın götürülmәsi üçün ciddi  sәylәr göstәrdiyini bildirib.

Həmasdan verilәn açıqlamada bildirilib ki, Hәmasın sәdri  İsmail Hәniyә Qәtәr  Əmiri Təmin bin Həmmad Әl Sani ilә telefon әlqәsi saxlayıb.

"Qәtәr  İsrail tәrәfindәn  Qәzzaya tәtbiq olunan  blokadanın götürülmәsi üçün ciddi sәylәr göstәrdi. Qәtәr hәmçinin Fәlәstin xalqının hüquqlarını dәstәklәdiyini ifadә edib’’,-deyә açıqlamada vurğulanıb.

Açıqlamada  Hәniyәnin  söhbәt zamanı İordan çayının qәrb sahili vә Qәzzadakı fәlәstinlilәrә verdiyi 480 milyon dollar mәblәğindә  maliyyә dәstәyinә görә Qәtәr Әmiri Әl Saniyә tәşәkkür etdiyi bildirilib. Açıqlamada hәmçinin Hәniyәnin  bu yardımın birlik vә bәrabәrliyi güclәndirdiyini ifadә etdiyi vurğulanıb.

Qeyd edәk ki, Qәtәr Әmiti Şeyx Tәmim bin Hәmmad Әl Sani işğal altındakı İordan çayının qәrb sahili ilә Qәzzada yaşayan Fәlәstin xalqına 480 milyon dollar mәblәğindә maliyyә dәstәyi verilmәsi ilә әlaqәdar göstәriş vermişdi.

Rәsmi Doha 2007-ci ildәn etibarәn Fәlәstin xalqına humanitar yardım göndәrir.

 



Әlaqәli Xәbәrlәr