Qəzzada atəşkəsə dair razılaşma əldə edildiyi bildirildi

Qəzzada fələstinli müqavimət qrupları ilə İsrail arasında atəşkəsə dair razılaşma əldə edildiyi bildirildi.

1195685
Qəzzada atəşkəsə dair razılaşma əldə edildiyi bildirildi
gazze1.jpg

Qəzzada fələstinli müqavimət qrupları ilə İsrail arasında atəşkəsə dair razılaşma əldə edildiyi bildirildi.

Fələstində “Həmas”a bağlı əl-Aksa televiziya kanalının xəbərinə görə, fələstinli qruplar ilə İsrail arasında atəşkəsə dair razılaşma əldə edildi.  

Adının açıqlanmasını istəməyən bir qaynağa əsaslandırılan xəbərdə atəşkəsin yerli saatla 04.30 radələrində başladığı qeyd edildi.

Digər tərəfdən Qəzzadakı silahlı qruplardan “Xalq müqavimət komitələri” adından çıxış edən Ebu Mücahid əl-Brim BMT və Misirin atəşkəs üçün ortaya qoyduğu cəhdlərdən nəticə əldə edildiyini, bunun bazar ertəsi səhər saatlarından etirabən tətbiq edilməyə başlanacağını söylədi.

Bununla bağlı İsrail tərəfindən hələ də açıqlama yayılmadı.

Bu arada Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi şənbə günü səhər radələrindən bəridir İsrail hücumları nəticəsində şəhid olan fələstinlilərin sayının 24-ə çıxdığını açıqladı. Hücum nəticəsində ölənlər arasında 3 qadın və 2 uşaq olduğu bildirilən açıqlamada yaralı sayının isə 154 olduğu qeyd edildi.



Әlaqәli Xәbәrlәr