Hindistanda qorxulan oldu, Fani qasırğa quruya çatdı

Hindustan Timesin xəbərinə görə, meteorologiya xidməti qasırğanın Odissa ştatının Puri bölgəsi yaxınlarında saatda 180 kilometr sürətlə quruya çatdığını açıqladı.

1194322
Hindistanda qorxulan oldu, Fani qasırğa quruya çatdı

Odişa ştatında 1 milyondan çox sakin təxliyyə olunub. Onlar müvəqqəti sığınacaqlarda yerləşdirilib

Hindistanın Dəmir yolu Nazirliyi yaxınlaşmaqda olan “Fani” qasırğası ilə əlaqədar yaxın bir neçə gündə Odişa ştatını əhatə edən 220-dən çox reysin ləğvi barədə məlumat yayıb.

Ölkənin Mülki Aviasiya İdarəsi də Bxubaneşvar və Kalkutte şəhərlərində hava limanlarının uçuşlara bağlandığını açıqlayıb.

Qeyd edək ki, “Fani” qasırğası ştata Benqal körfəzi səhillərindən yaxınlaşır. Meteoroloqların ehtimalına görə, qasırğanın sahillərdəki təsiri bu gün müşahidə olunacaq. Güclü küləklərin 200 km/saat sürətinə bərabər olacağı



Әlaqәli Xәbәrlәr