PKK tərəfdaşlarının Beynəlxalq Əfv Təşkilatının binasına hücumu

Beynəlxalq Əfv Təşkilatı İngiltərənin paytaxtı Londandakı ofis binasının terror təşkilatı PKK tərəfdaşlarının işğal etdiklərini açıqladı.

1191948
PKK tərəfdaşlarının Beynəlxalq Əfv Təşkilatının binasına hücumu

Beynəlxalq Əfv Təşkilatı İngiltərənin paytaxtı Londandakı ofis binasının terror təşkilatı PKK tərəfdaşlarının işğal etdiklərini açıqladı.

Beynəlxalq Əfv Təşkilatının açıqlamasında cümə gecəsi baş verən hadisədə təqribən 40 nəfərlik qrupun Londandakı ofislərinə təzyiqlə girdiyini bildirib.

Terror təşkilatı tərəfdaşlarının təhlükəsizlik qüvvələrindən birini itələyib yıxdığı və vəzifəlinin bədəninin zədələndiyi bildirilən açıqlamada hadisə yerinə çağrılan polis əməkdaşlarının işgalçıları həbs etdikləri qeyd olunub.

Terror təşkilatı tərəfdaşları keçən həftə “TRT World”ün Londondakı mərkəzi binasını da işğal etmək üçün təşəbbüs qaldırmışdı. Binanın giriş yerində təhlükəsizlik işçilərinin divarını aşa bilməyən təşkilat tərəfdaşları giriş yerini qısa müddətli işğal etmiş, hadisə yerinə gələn polis tərəfindən binadan çıxarılmışdı.  

PKK İngiltərədə terror təşkilatı siyahısında yer alır, ancaq ingilis polisinin təşkilat tərəfdaşlarına tolerant göstərdiyi müşahidə olunur.

İngiltərədə terrorla mübarizə qanununa görə, terror siyahısındakı bir terror təşkilatına məxsus simvolları daşımaq cinayət təşkil edir.

Təşkilat üzvlərinə 10 ilə qədər iş kəsilə bilir.



Әlaqәli Xәbәrlәr