İsrail yenidәn Qәzzanı bombaladı

İsrail ordusu Qəzza zolağının müxtәlif  bölgəlәrinә  yenidən hava zərbələri endirib. Döyüş tǝyyarǝlǝri şəhərin cənubunda yerləşən Həmasa  aid bir  məntəqəni hədəf alıb.

1186910
İsrail yenidәn Qәzzanı bombaladı

 

 

İsrail ordusu Qəzza zolağının müxtәlif  bölgəlәrinә  yenidən hava zərbələri endirib. Döyüş tǝyyarǝlǝri şəhərin cənubunda yerləşən Həmasa  aid bir  məntəqəni hədəf alıb. 

İsrail ordusundan verilәn mәlumata әsasәn, döyüş tәyyarәlәri İsrail әsgәrlәrinә açılan atәşә cavab olaraq  Hәmasın hәrbi qolu olan İzzәddin әl-Kassam briqadasına aid bir mәntәqәyә zәrbәlәr endirib.

Fәlәstin Sәhiyyә Nazirliyindәn  hücum nәticәsindә  hәlak olanlar vә ya xәsarәt alanlar ilә bağlı mәlumat verilmәyib.

Qeyd edәk ki, Fələstinlilər martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 230-dan çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr