Polşada müəllimlərin maaşlarının artırılması tələbi nəticəsiz qaldı

Polşada maaşlarının artırılması tələbi ilə tətil edən müəllimlərlə hökumət arasında aparılan müzakirələr nəticəsiz qaldı.

1186595
Polşada müəllimlərin maaşlarının artırılması tələbi nəticəsiz qaldı

Polşada maaşlarının artırılması tələbi ilə tətil edən müəllimlərlə hökumət arasında aparılan müzakirələr nəticəsiz qaldı.
 
 Müəllim həmkarlar ittifaqları ilə hökumət nümayəndələri arasında maaş artımına dair keçirilən müzakirələrin son mərhələsindən də nəticə çıxmadı. Tərəflər arasında yeni müzakirələrin də nəzərdə tutulmadığı bildirildi.
 
 Polşa baş nazirinin müşaviri Mixal Dvorçik (Michal Dworczyk)  mövzu ilə əlaqədar verdiyi açıqlamada tətilin mayın 6-da keçiriləcək lisey attestasiya imtahanlarından əvvəl dayandırılmasının lazım olduğunu söylədi.
 
 Ölkədə müəllimlərin 30% maaş artımı tələbi ilə aprelin 8-də başladıqları ümumi tətil səbəbindən 10 gündür məktəblərdə dərs keçilmir. 
 
Qeyd edək ki, hakim Hüquq və Ədalət Partiyasının müəllim maaşlarına sentyabrdan başlayaraq 15%, sonrakı il isə daha aşağı nisbətdə artım təklif etməsi müəllimlərin reaksiyasına səbəb olmuşdu.
 
 Polşada müəllimlərin maaşı iş stajlarına görə  ayda 470 -780 dollar təşkil edir.



Әlaqәli Xәbәrlәr