Liviyada davam edәn toqquşmalar nәticәsindә 6 nәfәr dә hәlak oldu

Liviyanın paytaxtı Tripoliyә tәşkil edilәn hücum nәticәsindә 6 nәfәr hәlak olub, 35 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

1184827
Liviyada davam edәn toqquşmalar nәticәsindә 6 nәfәr dә hәlak oldu

 

Liviyanın paytaxtı Tripoliyә tәşkil edilәn hücum nәticәsindә 6 nәfәr hәlak olub, 35 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Bu barәdә Liviya Milli Birlik Hökumәtinә tabe olan Sәhiyyә Nazirliyinin mәtbuat katibi Usame Әli mәlumat verib.

Sәhiyyә Nazirliyinin rәsmisi bildirib ki, Tripoliyә tәşkil edilәn hücum nәticәsindә 6 nәfәr hәlak olub, 35 nәfәr dә xәsarәt alıb.

Bәzi yaralıların vәziyyәti ağır olaraq qiymәtlәndirilir.

Liviyanın Ahrar televiziya kanalının Milli Birlik Hökumәtinin rәsmisi Muhanned Yunusa istinadәn  yaydığı mәlumatda general Xәlifә Hafterә sadiq qüvvәlәrin Tripoliyә hücum etdiyini qeyd edib.

Digәr tәrәfdәn Hafretә sadiq qüvvәlәr bildirib ki, hücuma görә mәsuliyyәti Milli Birlik Hökumәtinә sadiq qüvvәlәr daşıyır.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter paytaxt Tripoliyə nəzarəti ələ keçirmək üçün aprelin 4-də göstəriş vermiş, bunun nəticəsində Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl Qadab” əməliyyatını həyata keçirmişdi.

Ümumdünya Sәhiyyә Tәşkilatı Liviyada 12 gündür davam edәn toqquşmalar nәticәsindә 174 nәfәrin hәlak olduğunu, 756 nәfәrin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr