Liviyada qarşıdurmalar nəticəsində ölənlərin sayı artır

Liviyanın paytaxtı Tripolidə aprelin 4-dən bəridir davam edən qarşıdurmalarda 174 nəfər həlak olub, 756 nəfər xəsarət alıb.

1184509
Liviyada qarşıdurmalar nəticəsində ölənlərin sayı artır

Liviyanın paytaxtı Tripolidə aprelin 4-dən bəridir davam edən qarşıdurmalarda 174 nəfər həlak olub, 756 nəfər xəsarət alıb.

Beynəlxalq Səhiyyə Təşkilatının sözçüsü Tarık Jasareviç BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında general Xəlifə Hafterin aprelin 4-də paytaxt Tripolini ələ keçirmək üçün hücum əmrilə baş verən hadisələrə toxunub.

Sözçü Tripolidəki toqquşmalarda indiyədək 14-ü dinc vətəndaşlardan olmaqla 174 nəfərin öldüyünü, 36-sı yenə dinc vətəndaşlardan olmaqla 756 adamın isə yaralandığını bildirib.

Beynəlxalq Səhiyyə Təşkilatı sosial şəbəkə üzərindən yaydığı açıqlamada xəstəxanalara əlavə cərahiyyə işçiləri göndərildiyini qeyd edib.  

Digər tərəfdən BMT-nin Humanitar İşləri üzrə Koordinasiya ofisinin məlumatına görə, Tripoli ətrafındakı qarşıdurmalar dünənədək 18 min dinc sakini ev eşiyindən edib. Bunlardan 6 mininə humanitar yardım çatdırılıb. Bölgədəki nəzarət mərkəzlərində saxlanılan qaçqın və nizamsız təqribən 3 min mühacir də toqquşmalar ucbatından çarəsiz qalıb.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter paytaxt Tripoliyə nəzarəti ələ keçirmək üçün aprelin 4-də göstəriş vermiş, bunun nəticəsində Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl Qadab” əməliyyatını həyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr