Liviyada Hafterin 20 əsgəri əsir götürülüb

Liviyada Milli Həmrəylik Hökumətinə (MHH) sadiq qüvvələr Tripolinin qərbdəki giriş yerindəki təhlükəsizlik məntəqəsində Xəlifə Hafter qüvvələrindən 20 əsgəri əsir götürüb.

1177890

Hökumət tərkibindəki Sədrlik gözətçilərindən əldə edilən məlumata görə, Hafter qüvvələrinin nəzarəti ələ keçirdiklərini bildirdikləri Tripolinin qərbindəki sahil yolu üzərindəki təhlükəsizlik məntəqəsini MHH qüvvələri həyata keçirdikləri əməliyyatla geri qaytarıb.

Əməliyyat zamanı Hafterin qüvvələrindən 20 nəfəri dəəsir götürən MHH qüvvələri Tripolidən kənardaki bölgələrdən bəzilərində yerləşib. 

Hafter qüvvələrinin irəliləyişi qarşısında ayrıca dünən MHH-yə dəstək olmaq üçün Misratadan böyük dəstək gücünün gəldiyi bildirilib.

Liviyanın şərqindəki hərbi qüvvələrin lidəri general Xəlifə Hafter dünən yayımladığı səs qeydində Tripolini ələ keçirmək üçün hücum başlatdıqlarını açıqlamışdı.  

Әlaqәli Xәbәrlәr