Hollandiyada YPG/PKK terrorçusu nəzarətə götürüldü

Hollandiya prokurorluğu separatçı terror təşkilatı YPG/PKK-nın üzvünü nəzarətə götürdü.

1175951
Hollandiyada YPG/PKK terrorçusu nəzarətə götürüldü

Hollandiya prokurorluğu separatçı terror təşkilatı YPG/PKK-nın üzvünü nəzarətə götürdü.

 Prokurorluq  bununla bağlı  məlumat yaydı.

Məlumatda YPG/PKK üzvü olan 24 yaşlı terrorçunun Suriyada silahlı mübarizədə iştirak etdiyi, bu səbəbdən də keçən həftə Amsterdam Sxipxol (Schiphol) Hava Limanında nəzarətə götürüldüyü bildirilir. Terrorçunun 2016-cı ilin dekabr ayında Fransadan Suriyaya keçdiyi, Hollandiyanın Haaqa şəhərində yaşadığı və bir müddətdir ki, təqib edildiyi qeyd edilir.
 
 Prokurorluğun məlumatında terror təşkilatının üzvünün Hollandiyada 22 sentyabr 2017-ci il tarixində yayımlanan televiziya proqramı "Eenvandaag"a Suriyada olduğu zaman üzü örtülü şəkildə müsahibə verdiyi, müsahibədə Suriyanın Rakka şəhərində YPG/PKK tərəfində DEAŞ-a qarşı mübarizə etdiyini söylədiyi ifadə olunur.
 
 Məlumata görə, bir ay əvvəl Hollandiyaya qayıdan terroçu barəsindəki nəzarət qərarı iki həftəyə qədər uzadılıb.



Әlaqәli Xәbәrlәr