Venesuelada elektrik enerjisi kəsintisi davam edir

Venesuelada hökumətin təxribat olaraq dəyərləndirdiyi  elektrik enerjisi kəsintisi 24 saatdır davam edir.

1160028
Venesuelada elektrik enerjisi kəsintisi davam edir

Venesuelada hökumətin təxribat olaraq dəyərləndirdiyi  elektrik enerjisi kəsintisi 24 saatdır davam edir.

Ölkədə həyatı iflic edən elektrik enerjisi kəsintisinə səbəb olan hadisə, və ya qəza bir sutkadır həll edilə bilinməyib.

Bütün ölkəni elektriksiz qoyan bu vəziyyət rabitə və inrernet  əlaqəsini də dayandırıb.

Ölkədə məktəblər tətilə buraxılıb, özəl və dövlət müəssisələri işləmir.

Prezident Nikolas Maduro və hökumətin digər üzvləri bu vəziyyətin ölkənin ən böyük elektrik paylayıcı mərkəzi olan "Guri"də törədilən sabotaj nəticəsində ortaya çıxdığını bildirirlər.

Yaranan  vəziyyətdə xəstəxanalar bir gündür generatorlarla işləyir.

Elektrik enerjisi kəsintisinin aradan qaldırılmasının mümkün olmadığı təqdirdə, xəstəxanalarda vəziyyətin necə olacağı sual altındadır.

Yalnız paytaxt Karakas və Miranda əyalətinin bəzi bölgələri elektrik enerjisi ilə təmin edilə bilir. 



Әlaqәli Xәbәrlәr