Silahlı hücum 29 nәfәrin hәyatına son qoyub

Bu barәdә Kaduna Polis İdarәsinin  rәsmisi Әhmәd Әbdürrәhman mәlumat verib.

1153830
Silahlı hücum 29 nәfәrin hәyatına son qoyub

 

 

Qәrbi Afrika ölkәsi Nigeriyada törәdilәn silahlı hücum nәticәsindә 29 nәfәr hәlak olub.

Kaduna Polis İdarәsinin  rәsmisi Әhmәd Әbdürrәhman hadisәnin Moro vә Kaçia kәndlәrindә baş verdiyini qeyd edib. Mәlumatda hücumun namәlum şәxslәr tәrәfindәn törәdildiyi bildirilib.

Hücum nәticәsindә 29 nәfәrin hәlak olduğunu deyәn Әbdürrәhman çox sayda insanın da yaralandığını qeyd edib.

Hadisә zamanı çox sayda evin yandığı bildirilir.

Qeyd edәk ki, Nigeriyanın Kaduna ştatında ötәn hәftә törәdilәn hücum nәticәsindә azı 66 nәfәr hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr