Hindistanda yük maşını toy mərasiminin iştirakçılarına çırpılıb

Bu barәdә Pratapqarx dairəsinin rәsmisi Shyam Singh Rajpurohi mәlumat verib.

1148380
Hindistanda yük maşını toy mərasiminin iştirakçılarına çırpılıb

 

Hindistanın Racastan ştatında yük maşınının toy mərasimində iştirak edən insanlara çırpılması nəticəsində azı 13 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Bu barәdә Pratapqarx dairəsinin rәsmisi Shyam Singh Rajpurohi mәlumat verib.

Mәlumata görә, Pratapqarx dairəsinin Ambavali kəndində keçirilən toy mərasimi yolun kənarında təşkil olunubmuş.

Qeyd edәk ki, hadisә nәticәsindә xәsarәt alanlar dәrhal xәstәxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.



Әlaqәli Xәbәrlәr