Yens Stoltenberq açıqlama verdi

NATO-nun baş katibi Yens Stoltenberq  Türkiyә vә Amerika Birlәşmiş Ştatlarının Suriyanın şimalında әmәkdaşlıq etmәsini mәmnuniyyәtlә qarşıladıqlarını deyib.

1143797
Yens Stoltenberq açıqlama verdi

 

NATO-nun baş katibi Yens Stoltenberq  Türkiyә vә Amerika Birlәşmiş Ştatlarının Suriyanın şimalında әmәkdaşlıq etmәsini mәmnuniyyәtlә qarşıladıqlarını deyib.

Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldә sabah keçirilәcәk NATO-nun müdafiә nazirlәri sәviyyәsindәki iclasından әvvәl keçirdiyi mәtbuat konfransında  Türkiyәnin cәnubda terrorla mübarizә mәsәlәsindә önәmli müttәfiq olduğunu bildirib.

‘‘Türkiyә vә ABŞ-ın Suriyanın şimalında әmәkdaşlıq etmәsini mәmnuniyyәtlә qarşılayıram. ABŞ vә Türkiyәnin NATO toplantıları çәrçivәsindә keçirdiyi ikitәrәfli görüşlәrdә Suriya mәsәlәsini müzakirә etdiklәrini görürük. Bunu sabah keçirilәcәk toplantı çәrçivәsindә dә etmәlәrini istәyirik’’,-deyә Yens Stoltenberq qeyd edib.

ABŞ-ın Orta Mənzilli Nüvə Müqaviləsindən  birtərəfli qaydada  çıxma qərarını dəstəkləyən Stoltenberq  Rusiyanı  müqavilənin şәrtlәrini pozmaqda günahlandırıb.

Stoltenberq bildirib ki, ABŞ-ın müqavilədən çıxmaq  üçün 6 ay müddəti var. Bu  Moskva üçün son şansdır. Toplantıda bu mәsәlә ilә bağlı hansı tədbirləri görə bilәcәyimizi müzakirә edәcәyik.



Әlaqәli Xәbәrlәr