Braziliyada su bәndinin dağılması nәticәsindә ölәnlәrin sayı 165 nәfәrә çatıb

Bu barәdә Minas Qerais әyalәtinin Mülki Müdafiә İdarәsindәn verilәn mәlumatda bildirilib.

1142911
Braziliyada su bәndinin dağılması nәticәsindә ölәnlәrin sayı 165 nәfәrә çatıb

 

Braziliyanın Minas Qerais әyalәtindә  su bәndinin dağılması nәticәsindә hәlak olanların sayı 165 nәfәrә çatıb.

Bu barәdә Minas Qerais әyalәtinin Mülki Müdafiә İdarәsindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, faciә nәticәsindә hәlak olanlardan 156-nın şәxsiyyәti müәyyәnlәdirilib, digәr 9 nәfәrlә bağlı araşdırmalar davam etdirilir.

Mәlumatda bildirilib ki, su bәndinin dağılması sәbәbindәn 138 nәfәr evsiz qalıb, 2 nәfәrin müalicәsi isә davam etdirilir, tәxminәn 170 nәfәr itkin düşmüş hesab olunur.

Xatırladaq ki, yanvarın 25-də səhər saatlarında Brumadinyo bələdiyyəsi rayonunda su anbarının bəndi dağılıb. Nəticədə palçıq kütləsi kompaniyanın administrativ binasını və sakinlərin evlərini basıb. Bununla yanaşı, qəza xəbərdarlığı sistemlərinin də işləmədiyi məlum olub.



Әlaqәli Xәbәrlәr