Brazilyada su anbarı  faciǝsindǝ ölü sayı 110-na çatdı

Braziliyada su anbarının dağılması nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb

1136882
Brazilyada su anbarı  faciǝsindǝ ölü sayı 110-na çatdı

Brazilya   mǝtbuatında   ǝks  edǝn  xǝbǝrlǝrǝ    görǝ   Ölənlərdən 71 nəfərin kimliyi artıq müəyyən edilib. 238 nəfər hələ də itkin düşmüş sayılır.

Texnogen faciənin yaşandığı su bəndi “Vale” şirkətinə məxsus idi və sənaye, o cümlədən, metallurgiya müəssisələrinin tullantılarından ibarət suları saxlayır. Yanvarın 25-dən su bəndinin uçması nəticəsində Minas Jerays ştatının Brumadinyo rayonunda yüzlərlə ev sualtında qalıb.

Zərərçəkənlərin və ölənlərin axtarışı hazırda davam etdirilir. Xilasetmə-axtarış işlərinin bir neçə həftə uzanacağı ehtimal edilir.

Məlumata əsasən, Braziliyada mövcud olan su bəndlərinin təxminən yarısı qəzalı vəziyyətdədir.

 

 

 



Әlaqәli Xәbәrlәr