Tripolidə atəşkəs qərarı

Liviyanın paytaxtı Tripolidə yanvarın 16-dan bəridir davam edən toqquşmalara son qoyulması məqsədilə atəşkəs barədə razılığa gəlindi.

1130472
Tripolidə atəşkəs qərarı

Liviyanın paytaxtı Tripolidə yanvarın 16-dan bəridir davam edən toqquşmalara son qoyulması məqsədilə atəşkəs barədə razılığa gəlindi.

Tripolidə otellərdən birində keçirilən mətbuat kofransında paytaxt və Terhune şəhərlərindəki tayfa liderlərilə atəşkəs qərarı barədə razılıq əldə olunduğu bildirildi.

Tərəflər arasında imzalanan sazişdə silahlı qrupların olduqları yerlərdən 15 km geri çəkilməsi, qarşılıqlı mübadilə və cənazələrin təhvil verilməsi, yolların açılması, baryerlərin götürülməsi, ağır silahların qərargahlardakı yerlərinə qoyulması nəzərdə tutulub.

Sazişin qüvvəyə minmə tarixinə dair məlumat verilməyib.

Qeyd edək ki, Tripoli Qoruma Gücü hökumət tərəfindən daha əvvəl ləğv olunduğu açıqlanan Terhune şəhərindəki 7-ci briqadaya məxsus qüvvələri şəhərin hərbi sərhədlərindən çəkilməməkdə ittiham etdi. Bunun nəticəsində Tripolidə 4 aylıq atəşkəs qərarını sona çatdıran toqquşmalar yenidən başladı. Toqquşmalar nəticəsində 15 nəfər həyatını itirdi, aralarında qadın və uşaqların da olduğu 47 nəfər yaralandı.



Әlaqәli Xәbәrlәr