"Terrorla mübarizə davam edəcək", M.Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) Suriyadan çıxacaqlarını, ancaq terror təşkilatı DEAŞ-ın çirkin üzünü yenidən göstərməyəcəyindən əmin olmaq üçün terrorla mübarizəni davam etdirəcəklərini söylədi.

1127368

Mayk Pens dünən Münbiçdə törədilən partlayışdan sonra verdiyi ilk açıqlamada bildirdi ki, qoşunlar Suriyadan çıxır, DEAŞ məğlub oldu. Ancaq terrorla mübarizə davam edəcək. ABŞ əsgərlərinin, eləcə də koalisiyada iştirak edən ölkələrin terrora qarşı əldə etdiyi qələbənin qorunması üçün cəhd göstəriləcək.

Qeyd edək ki, dünən Münbiçdə  ABŞ hərbi nəzarətinin olduğu yolda partlayış baş vermişdi.

ABŞ-ın başçılığındakı DEAŞ əleyhinə koalisiya qüvvələrinin sözçüsü polkovnik Sean Ryan məsuliyyəti DEAŞ-ın üzərinə götürdüyü partlayışda ABŞ əsgərlərinin öldüyünü açıqlamışdı.

Әlaqәli Xәbәrlәr