Yəmən danışıqlarına İordaniya ev sahibliyi edǝcǝk

Yəmən danışıqlarının ikinci mǝrhǝlǝsinǝ İordaniya ev sahibliyi edǝcǝk.

1126241
Yəmən danışıqlarına İordaniya ev sahibliyi edǝcǝk

İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sufyan əl-Kudat mövzu ilǝ ǝlaqǝli şǝrhindǝ: "Nazirlik, BMT-nin Yəmən üzrǝ xüsusi nümayǝndǝsi Martin Griffithsin, Yəmən hökuməti ilə Husilər arasında əsir və məhbus mübadiləsi razılaşması prosesinin müzakirǝ edilǝcǝyi danışıqlara İordaniyanın ev sahibliyi etmǝsinǝ dair tǝlǝbini qǝbul edib. İordaniya Yəmən böhranını sona çatdırmaq uğrunda atılan bütün addımlara dǝstǝk verir. Problemǝ siyasi hǝll yolu tapılmalıdır”- deyǝ Kudat vurğulayıb. Sözçü danışıqların nǝ zaman başlayacağına dair mǝlumat vermǝyib.

İordaniya xarici işlər naziri Eymǝn əs-Safadi, ötǝn hǝftǝ verdiyi açıqlamada BMT xüsusi nümayəndəsi Griffithsin Yəmən böhranının həlli çərçivəsində əsir mübadiləsi ilǝ bağlı yaradılan komitə yığıncağının İordaniyada keçirilmǝsi tǝlǝbini özlǝrinǝ çatdırdığını bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr