İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә şәhid oldu

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1111021
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә şәhid oldu

İşğal altındakı İordan çayının qәrb sahilinin Әl-Bire bölgәsindә bir fәlәstinli dә İsrail әsgәrlәrinin açdığı atәş nәticәsindә şәhid oldu.

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Nazirlikdәn  hücumla bağlı әtraflı mәlumat verilmәyib.

Qeyd edәk ki, Fələstinlilər martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 200-dәn çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr