İsrail qüvvәlәri 24 fәlәstinlini saxladı

Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.

1109041
İsrail qüvvәlәri 24 fәlәstinlini saxladı

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 24 fələstinlini həbs edib.

İsrail ordusunun yaydığı məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 24 fәlәstinli saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib. Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında 6000  fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr