Suriya müxalifəti ABŞ-ın təhdidlərinə cavab verdi

Suriya mövzulu Astana müzakirələrinə qatılan hərbi müxalifət sözçüsü Eymen Asimi “twitter”dən paylaşdığı şərhdə bildirib...

1107942
Suriya müxalifəti ABŞ-ın təhdidlərinə cavab verdi

  Suriya müxalifəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) təhdidlərinə baxmayaraq, Türkiyənin Fərat çayının şərqindəki separatçı terror təşkilatı YPG/PKK-ya qarşı təşkil etdiyi hərbi hərəkata dəstək verəcəklərini bildirdi.

  Suriya mövzulu Astana müzakirələrinə qatılan hərbi müxalifət sözçüsü Eymen Asimi “twitter”dən paylaşdığı şərhdə bildirib:

  “YPG/PKK beynəlxalq təhlükəsizliyə qarşı təhdid mənbəyi və Suriyada siyasi həll mane olan qüvvədir. Biz beynəlxalq cəmiyyəti Türkiyə və Suriya hərbi müxalifətinin tərəfində olmağa çağırırıq.

  Fərat çayının şərqinə təşkil ediləcək hərbi əməliyyat Suriya xalqını təhlükəsizliyə və sabitliyə qovuşduran Fərat Qalxanı və Zeytun Budağı kimi Suriyanın bütövlüyünü qoruyan hərəkatdır.

  ABŞ səlahiyyətliləri bu əməliyyata dəstək verməmək üçün bizə xəbərdarlıq mesajları göndərir, zəng edirlər. Amma biz heç nəyə baxmayaraq, Türkiyənin hərəkatına dəstək verməkdə qərarlıyıq.”



Әlaqәli Xәbәrlәr