İsrail qüvvәlәri 10 fәlәstinlini saxladı

Bu barədə İsrail ordusundan verilən məlumatda bildirilib.

1097528
İsrail qüvvәlәri 10 fәlәstinlini saxladı

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 10 fələstinlini həbs edib.

İsrail ordusunun yaydığı məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 10 fәlәstinli saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib. Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn,  İsrail hәbsxanalarında 6500  fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr