Rusiya Kerç Boğazını yenidәn açdı

Bu barәdә Rusiya rәsmilәri mәlumat yayıb.

1094871
Rusiya Kerç Boğazını yenidәn açdı

Rusiya Azov dənizindəki Kerç Boğazını mülki gəmilərin keçidinə yenidən açıb.

Rusiya rәsmilәrinin mәlumatına görә, Ukrayna ilә Azov dәnizi әtrafında yaşanan gәrginlik sәbәbindәn gәmi keçidlәri dayandırılıb vә Kerç Boğazı mülki gәmilәrin keçidinә yenidәn açılıb.

Qeyd edək ki, dünən səhər saatlarında Azov dənizində Rusiyaya məxsus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyi qeyd edilmiş, Rusiyaya məxsus  gəmilər Rusiya su sərhədlərinə daxil olduğu iddiası ilə Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.

 Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Azov dənizindəki Kerç Boğazı ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi gəmisindən Ukrayna döyüş gəmilərinə atəş açıldığını bildirmişdi. Komandanlıqdan verilən məlumatda açılan atəş nəticəsində 6 Ukrayna әsgәrinin yaralandığı, Ukraynaya məxsus gəminin  zərər gördüyü vә Ukrayna gəmilərinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirildiyi qeyd edilmişdi.

Birləşmiş Millətlər Təhlükəsizlik Şurası (BMTŞ) iki ölkə arasında yaşanan  gərginlik ilә әlaqәdar bu gün təcili toplantı keçirәcәk.



Әlaqәli Xәbәrlәr