İsrail әsgәrlәri 45 fәlәstinlini dә hәbs etdi

Mәlumata görә, İordan çayının qәrb sahillәri vә Şәrqi Qüdsün  müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 45  fәlәstinli  saxlanılıb.

1094913
İsrail әsgәrlәri 45 fәlәstinlini dә hәbs etdi

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә  vә Şәrqi Qüdsdә 45  fәlәstinlini dә hәbs etdi.

İsrail polisindәn  verilәn mәlumata görә, İordan çayının qәrb sahillәri vә Şәrqi Qüdsün  müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 45  fәlәstinli  saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin Fәlәstin tәhlükәsizlik qüvvәlәrinә dәstәk verdiklәri  iddia edilib.

Fәlәstinin rәsmi xәbәr agentliyi WAFA-nın  yaydığı mәlumatda İsrail әsgәrlәrinin Ramalah vә Әl-Xәlil şәhәrlәrindә keçirdiyi әmәliyyatlar nәticәsindә ikisi uşaq, biri dә jurnalist olmaqla 13 fәlәstinlinin ‘‘terror aktlarında’’ iştirak etdiklәri iddiası ilә saxlanıldığı bildirilib.

Tutulan fәlәstinlilәrin dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparıldığı vurğulanıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәri  İsrail hәbsxanalarında 6 min 500  fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr