Makronun iqtisadi islahatlarına etiraz ediləcək

Fransa prezidenti Emmanuel Macron apardığı islahatlar və artan yanacaq vergiləri səbəbindən bu həftə sonu milli miqyasda etirazla üzləşəcək.

1089441
Makronun iqtisadi islahatlarına etiraz ediləcək

Fransa prezidenti Emmanuel Macron apardığı islahatlar və artan yanacaq vergiləri səbəbindən bu həftə sonu milli miqyasda etirazla üzləşəcək.
 
 "Sarı Jiletlər" adlı hərəkatın üzvləri avtomobil magistralları və bəzi neft anbarlarına gedən yolları bağlayacaqlarını bildirdilər.
 
 Hərəkat şənbə günü ölkə miqyasında təxminən 600-ə qədər etiraz aksiyası təşkil etməyi planlaşdırır.
 
 Fransa hökuməti 2017-ci ilin sonlarında iqlim dəyişikliyi ilə mübarizəyə dair vergi ilə yanaşı dizel vergisini artıran qanunu qəbul etmişdi.
 
 Fransada nəqliyyat vasitələrində ən geniş istifadə edilən yanacaq olan dizelin qiyməti ötən il 20% yüksələrək, litri təxminən 1.49 avro olub.
 
 Ölkədə son dövrdə hökumətin islahat siyasətinə qarşı tətil və mitinqlərin sayı artıb.
 
 Qeyd edək ki, mart ayında başlayan tətil dalğasında məmurlar, dövlət və yerli hakimiyyət orqanlarının əməkdaşları, quru, hava və dəmir yolu sektorunun işçiləri hökumətin "kəmər sıxma" və islahat qərarlarına etiraz olaraq tətil keçirmək barəsində qərar qəbul etmişdilər.
 
 Xüsusilə, may və iyun aylarında ölkə daxilində keçirilən tətil və nümayişlərə milyonlarla insan qatılmışdı.



Әlaqәli Xәbәrlәr