Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında  bildirib.

1089030
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında  bildirib.

Mәlumata әsasәn, xilasedicilər ərazidə daha 7 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 56  nəfərin öldüyü bildirilirdi.

Kori Honea daha 631 nәfәrin itkin düşdüyünü açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan etmişdi.

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 50 min hektara yaxınlaşır. Alov 11 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hәmin meşә yanğını artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.

Yanğın nәticәsindә mәhv olan tikililәr arasında şotlandiyalı aktyor Cerard Butler (Gerard Butler), müğәnni  Mayli Sayrus (Miley Cyrus), aktyor Skot Bayo (Scott Baio), rejissor Qilyermo del Toro (Guillermo del Toro), Kim Kardaşyan (Kim Kardashian), aktrisa  Alisa Milano (Alyssa Milano) vә Rain Vilsonun  (Rainn Wilson) evlәri dә var.

Ağ Ev  prezident Donald Trampın şənbə günü Kaliforniya ştatına səfər edәcәyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr