"Xaşoqcinin meyiti hissələrə bölünərək konsulluqdan çıxarılıb", Səudiyyə Baş Prokurorluğu

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Camal Xaşoqci cinayətilə bağlı açıqlama verdi.

1088477
"Xaşoqcinin meyiti hissələrə bölünərək konsulluqdan çıxarılıb", Səudiyyə Baş Prokurorluğu

  Jurnalist Camal Xaşoginin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilməsi bütün dünyada əks-səda doğurub. 

  Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Camal Xaşoqci cinayətilə bağlı açıqlama verdi.

  Səudiyyə prokurorluğu Camal Xaşoqci cinayətilə bağlı 11 şübhəlidən 5-inin edam cəzası istəyib.  

  C.Xaşoqcinin ölüm səbəbinin boğuşma və öldürücü dozada dərman verilməsi olduğu açıqlanıb. Xaşogi əvvəlcə boğulub, sonra isə bədəni hissələrə ayrılaraq kimyəvi məhlulda əridilib ki, izlər itsin.  

  Səudiyyə Baş Prokurorluğu Camal Xaşoqcinin meyitinin hissələrə bölünərək konsulluqdan çıxarıldığını bildirib.

  Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın müşaviri Kahtani haqqında da cinayət işi açılıb və onun ölkədən çıxarılması qadağan olunub.

  Qeyd edək ki, rəsmi Ankara əlindəki səs yazıları və sübutlara söykənərək dəfələrlə bəyan edib ki, Xaşoginin qətlinin sifarişçiləri Səudiyyə Ərəbistanı hakimiyyətində təmsil olunanlardır. ABŞ və Böyük Britaniya kəşfiyyatı isə jurnalistin qətlində Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa əli və marağı olduğunu üzə çıxarıb.



Әlaqәli Xәbәrlәr