Mübahisəli kabinet mübahisəsiz qəbul olundu

Tunisdə mübahisələrə səbəb olan yeni hökumət üzvləri prezident əl-Baci Kaid es-Sibsi qarşısında and içərək vəzifələrinə başlayıb.

1088359
Mübahisəli kabinet mübahisəsiz qəbul olundu

  Tunisdə mübahisələrə səbəb olan yeni hökumət üzvləri prezident əl-Baci Kaid es-Sibsi qarşısında and içərək vəzifələrinə başlayıb.

  Ölkənin Prezident Aparatından verilən yazılı açıqlamaya görə, yeni nazirlər baş nazir Yusif eş-Şahidin iştirakı ilə Karfagen Prezident Sarayında keçirilən mərasimdə ölkə rəhbəri hüzurunda and içib.

  Qeyd edək ki, Tunisdə baş nazir Yusif eş-Şahidin keçən həftə 13 nazir və 5 dövlət rəhbərini müəyyənləşdirdiyi hökumət kabineti ölkədə mübahisələrə səbəb olmuşdu. Çünki prezident Sibsi bu işin onun məsləhəti olmadan görüldüyünü və bu səbəbdən kabineti qəbul etmədiyini açıqlamışdı. Hətta prezidentin təsisçisi olduğu Səda Tunis Partiyası eş-Şahidin kabinet dəyişikliyini "çevriliş cəhdi" adlandırmışdı.

  Mübahisəli kabinet 12 noyabrda güven səsi almaq üçün məclisə təqdim edilən və uzun saat sürən səsvermə prosesindən sonra 14 noyabrda səs çoxluğu (109) qəbul edilib.

  Tunis konstitusiyasının 99-cu maddəsinə görə, baş nazir Xarici İşlər və Müdafiə nazirlərindən başqa hökumət kabinetinə təkrar baxmaq səlahiyyətinə malikdir.



Әlaqәli Xәbәrlәr