İsrail polisi bir fәlәstinlini dә yaralayıb

İsrail polisindәn verilәn mәlumatda  fәlәstinlinin Şәrqi Qüdsdәki  polis mәntәqәsinә daxil olaraq bir polis әmәkdaşına biçaqla hücum etdiyi iddia olunub.

1088187
İsrail polisi bir fәlәstinlini dә yaralayıb

İsrail polisi işğal altındakı Şәrqi Qüdsdә  bir fәlәstinlini dә yaralayıb.

İsrail polisindәn verilәn mәlumatda  fәlәstinlinin Şәrqi Qüdsdәki  polis mәntәqәsinә daxil olaraq bir polis әmәkdaşına biçaqla hücum etdiyi iddia olunub.

Mәlumatda polis әmәkdaşına bıçaqla hücum edәn fәlәstinlinin polis tәrәfindәn vurularaq ağır yaralandığı bildirilib.

Qeyd edәk ki, hadisә ilә bağlı әtraflı mәlumat verilmәyib.

Digәr tәrәfdәn İsrailin tәcili yardım xidmәtindәn verilәn yazılı açıqlamada hadisә nәticәsindә iki polis әmәkdaşının yüngül şәkildә yaralandığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr