Qıtlıq təhlükəsinin ciddi səviyyədə olduğu ölkə

Yəməndə qıtlıq təhlükəsinin ciddi səviyyədə olduğu bildirildi.

1086532
Qıtlıq təhlükəsinin ciddi səviyyədə olduğu ölkə
yemen.jpg
yemen-çocuk ölümü.jpg
yemen'de kız çocukları.jpg
yemen cocuk1.jpg

Yəməndə qıtlıq təhlükəsinin ciddi səviyyədə olduğu bildirildi.

BMT-nin Baş katibi Antonio Quterreş Fransanın paytaxtı Parisdə jurnalistlərə açıqlamasında vətəndaş müharibəsinin davam etdiyi Yəməndəki humanitar böhrana diqqət çəkib.

Yəməndəki qıtlık təhlükəsinin ciddi səviyyədə olduğu barədə xəbərdarlıq edən Quttereş ölkədə toqquşmalara son qoyulması və həqiqi bir siyasi dialoq başladılmasının vacibliyini dilə gətirib.

BMT-yə görə dünyanın ən ciddi humanitar böhranın yaşandığı Yəməndə əhalinin yarısını təşkil edən 14 milyon nəfər qıtlıq təhlükəsilə qarşı-qarşıyadır.

Avropa İttifaqının xarici işlǝr vǝ tǝhlükǝsizlik siyasǝti üzrǝ ali nümayəndəsi Federika Moqherinin ofisindən yayılan bəyanatda da Yəməndə son hücumlarda Hudeydedəki mülki hədəflərin də vurulduğu və beləliklə beynəlxalq humanitar hüquq qaydalarının pozulduğu bildirilib.

Açıqlamada Yəməndə hazırda 22 milyon insanın yardıma möhtac olduğu, 14 milyon insanın da qıtlıq təhlükəsilə qarşı-qarşıya olduğu, toqquşmalardan ən çox mülki vətəndaşların təsirləndiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr