İsrail әsgәrlәri 19 fәlәstinlini dә hәbs etdi

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә 19 fәlәstinlini dә hәbs etdi.

1082496
İsrail әsgәrlәri 19  fәlәstinlini dә hәbs etdi

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә 19 fәlәstinlini dә hәbs etdi.

İsrail ordusundan verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 17 fәlәstinli  saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Tutulan fәlәstinlilәrin dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparıldığı vurğulanıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәri  İsrail hәbsxanalarında 6 min 500  fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr