AP Baş Məclisində Avropada neofaşist zorakılığının artması məsələsi müzakirə ediləcək

Avropada neofaşist zorakılığının artması məsələsi Avropa Parlamentinin Baş Məclisinin gündəliyinə daxil edildi.

1060289
AP Baş Məclisində Avropada neofaşist zorakılığının artması məsələsi müzakirə ediləcək

 Fransanın Strasburq şəhərində Avropa Parlamentinin Baş Məclisinin toplantısı başladı.
 
 Avropa Parlamentinin sədri Antonio Tajani Baş Məclis toplantısıın açılışında İndoneziyada baş verən zəlzələ və sunamidə  mindən çox insanın həlak olması münasibətilə ölkə xalqına və rəhbərliyinə başsağlığı verərək, üzvləri həlak olanların xatirəsini bir dəqiqəqilk sükutla yad etməyə dəvət etdi.
 
 Daha sonra gündəliyin müəyyənləşdirilməsi ilə bağlı təklifləri səsləndirən Tajani: "Avropada neofaşist zorakılığın yüksəlişi" mövzusunun gündəliyə əlavə olunduğunu açıqladı.
 
Cümə günü günortadan sonrakı sessiyada Avropa Şurası və Aİ Komissiyası üzvləri mövzu ilə bağlı məlumatlandıracaqlar.
 
 Baş Məclisdə keçiriləcək müzakirələrdən sonra hazırlanacaq qətnamə layihəsi  AP-nin növbəti Baş Məclisində səsverməyə çıxarılacaq.



Әlaqәli Xәbәrlәr