Əfqanıstanda son bir ayda 513 təhlükəsizlik işçisi öldü

Əfqanıstanın Müdafiə naziri Tarık Şah Bəhrami parlamentdə etdiyi çıxışda son bir ayda 513 təhlükəsizlik işçisinin öldüyünü, 700-dən çox işçinin isə yaralandığını söyləyib.

1055152

Bu müddət ərzində 423 təhlükəsizlik işçisinin terrorçular tərəfindən əsir götürüldüyünü bildirən Bəhrami ayrıca terrorçuların itkisinin də son bir ayda təhlükəsizlik işçilərilə müqayisədə üç qat artdığını qeyd edib.

Təhlükəsizlik qüvvələrində ölüm hallarının qarşısını almaq üçün vacib planlar hazırladıqlarını da sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr