Quterreş İdliblə əlaqəli razılıq əldə olunmasına dəstəyini dilə gətirdi

BMT Baş katibi Antonio Quterreş Türkiyə ilə Rusiyanın İdlibdə silahdan azad edilmiş bölgə yaratma mövzusunda razılıq əldə olunmasını məmnunluqla qarşıladı.

1052587

BMT Baş Katibliyinin həmin mövzuyla əlaqəli açıqlamasında bildirilib: “Quterreş sentyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Suriyanın İdlib bölgəsinə silahdan azad edilmiş bir neytral bölgə qurulması barədə razılıq əldə olunmasını məmnunluqla qarşılayır. Razılaşmanın bölgədə böyük miqyasda mümkün olan hərbi əməliyyatın ziddi olması və milyonlarla mülki vətəndaşı rahatlaşdırması vacibdir”.

Quterreşin Suriyadakı bütün tərəflərə həmin razılaşmanın həyata keçirilməsinə dəstək verməsi, bütün bölgələrə humanitar yardımın çatdırılması üçün çağırış etdiyi bildirilib.

Açıqlamada baş katibin Suriyadakı münaqişənin təməlindəki səbəblərin tədqiq edilməsi üçün sürətli şəkildə addım atılması və nəticədə BMT təhlükəsizlik Şurasının 2254 saylı qərarı çərçivəsində daimi həll tapılmasının vacibliyini vurğuladığı qeyd olunub.

Әlaqәli Xәbәrlәr