Aİ Sahil və Sərhədqoruma Mühafizləri Xidməti yaradır

Avropa İttifaqı Komisiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıqdan Məsul üzvü Dimitris Avramopulos 2020-ci ildə xidmətə başlayacaq 10 min nəfərlik Sahil və Sərhədqoruma Mühafizləri haqqında açıqlama verdi.

1049078
Aİ Sahil və Sərhədqoruma Mühafizləri Xidməti yaradır

  Avropa İttifaqı Komisiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıqdan Məsul üzvü Dimitris Avramopulos 2020-ci ildə xidmətə başlayacaq 10 min nəfərlik Sahil və Sərhədqoruma Mühafizləri haqqında açıqlama verdi.

  O, Avropa İttifaqı Komissiyasının binasında keçirilən mətbuat konfransında komissiyanın sədri Jan Klod Yunkerin "İttifaqın vəziyyəti" çıxışında təklif etdiyi miqrasiya siyasətində yeni faktorlara dair ətraflı məlumat verərək dedi: “Məqsədimiz Avropa İttifaqını hərbiləşdirmək deyil. İttifaq heç vaxt qalaya çevrilməyəcək. Yeni təkliflər üzv ölkələrin ehtiyac duyduğu zaman daha çox dəstək təmin etməyi qarşısına məqsəd qoyur. Hədəfimiz xarici sərhədləri daha yaxşı qorumaq, qanunsuz qaçqınları ekstradisiya etmək və onlara dair bütün prosesləri sürətləndirməkdir. Bu mövzuda da Avropa İttifaqının birlikdə hərəkət etməsi fərdi fəaliyyətdən daha təsiredici nəticə doğurar. Ona görə bu çərçivədə Avropa Sərhəd və Sahil Təhlükəsizlik Agentliyinin rəsmilərinin sayı ciddi şəkildə artırılacaq, 2020-ci ilə qədər 10 min nəfərdən ibarət Sahil və Sərhədqoruma Mühafizəçiləri Xidməti yaradılacaq. Mühafizəçilər yerləşdirildikləri üzv ölkələrin nəzarəti altında olacaq, o dövlətlərin qanunları əsasında silahgəzdirmə və istifadəetmə haqqı daşıyacaqlar… Avropa İttifaqının sərhədlərinin qorunması üçün üçüncü ölkələrlə əməkdaşlıq da əhəmiyyət kəsb edir: Sahil və Sərhədqoruma Mühafizəçiləri İttifaqın sərhəd təhlükəsizliyinə yardım edəcək üçüncü ölkələrə yerləşdirilə bilər. Nəticədə nəzarətli və qanuni miqrasiya Avropa İttifaqı iqtisadiyyatına da töhfə vermiş olacaq”.



Әlaqәli Xәbәrlәr