ABŞ-dan Çin və Rus  şirkətlərə sanksiya  qərarı

ABŞ, Şimali Koreya hökumətinin nəzarətində olduqları səbəbiylə Çin və Rusiyada fəaliyyət göstərən iki şirkətlə Şimali Koreyalı bir idarəçini sanksiya siyahısına saldı.

1049602
ABŞ-dan Çin və Rus  şirkətlərə sanksiya  qərarı

ABŞ Xəzinə Nazirliyindən yayılan bəyanatda bildirilib ki, “Çin mərkəzli Yanbian Silverstar Network Technology və Rusiya mərkəzli Volasys Silver Star adlı şirkətlərə, rəsmi Pxenyan ilə əlaqələri səbəbindən sanksiya tətbiq ediləcək”. Xəzinə nazirliyinin şərhində həmçinin vurğulanıb ki, Yanbian Silverstar NETWORK-in Şimali Koreyalı rəhbəri Jong Song Hwa da sanksiya siyahısına salınıb.

Məlumata görə ‘Çina Silver Star’ adı ilə də bilinən və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Çin şirkət ildə milyonlarla dollar gəlir əldə edir.



Әlaqәli Xәbәrlәr