İsrail əsgərləri bir fələstinlini şəhid etdi

İsrail əsgərlərinin İsrail-Qəzza arasındakı çəpərlərə zərər verməyə təşəbbüs etdiyi iddia edilən bir fələstinlini şəhid etdiyi açıqlandı.

1046186
İsrail əsgərləri bir fələstinlini şəhid etdi

İsrail əsgərlərinin İsrail-Qəzza arasındakı çəpərlərə zərər verməyə təşəbbüs etdiyi iddia edilən bir fələstinlini şəhid etdiyi açıqlandı.

İsrail ordusunun həmin mövzuyla bağlı yaydığı məlumata görə, İsrail əsgərləri Qəzza zolağı və İsrail arasındakı çəpərlərə zərər verməyə təşəbbüs etdiyi iddia edilən bir nəfərə atəş açaraq yaralanmasına səbəb oldu.

Fələstinli səhiyyə işçilərinin yaralanan şəxsə müdaxilə etməsinə baxmayaraq həyatını itirdiyi bildirildi.

Bununla yanaşı İsrailin hərbi qüvvələrinin qeyri-qanuni yollardan İsrailə keçdiyi iddia edilən 3 fələstinlini nəzarətə götürdüyü açıqlanıb. Həmin adamların üzərində 2 ədəd bıçaq olduğu bildirilib.

Qeyd edək ki, fələstinlilər 30 martdan bəridir mühasirədə olan Qəzza zolağının İsrail sərhədində “Böyük qayıdış yürüşü” adı ilə işğal əleyhinə nümayişlər keçirir.

İsrail əsgərləri isə “sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildən bəridir Qəzzaya tətbiq edilən qanunsuz mühasirənin götürülməsini” istəyən dinc vətəndaşların üzərinə həqiqi güllələrlə atəş edir.

İsrail əsgərlərinin sülh məqsədli nümayişlərinə müdaxiləsi zamanı 170-dən artıq fələstinli şəhid oldu, 18 mindən artıq fələstinli isə yaralandı.



Әlaqәli Xәbәrlәr